Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüş keçirdi

07 yanvar 2021 | 16:00

  07 yanvar 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçıları ilə görüş keçirmişdir.
  Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı, müharibə iştirakçıları, gənc könüllülərlə birlikdə Qalib ordunun şəhid polkovniki Babək Səmidlinin bugün ad günü münasibətilə Şəhidlər Xiyabanında olmuş, Şəhidlərimizin məzarlarını ziyarət etmiş və üzərlərinə  tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
  Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən görüşdə torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Böyük Qələbə münasibəti ilə qalib əsgərlərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Bildirildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
  Rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.
  Sonra Müharibə iştirakçıları qəbul olunduqları üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
  Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər