Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüş keçirildi

05 yanvar 2021 | 16:00

05 yanvar 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçıları ilə görüş keçirdi.
Müharibə iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında olmuş Şəhidlərimizin məzarlarını ziyarət etmiş və üzərlərinə  tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən görüşdə rayon rəhbərliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını təbrik etmişdir. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edib.
Sonra Müharibə iştirakçıları daim dövlətin və ordunun yanında olacaqlarını tarixi zəfər qələbəsi qazanan Ali Baş Komandanın hər an tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.
Göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər