Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü
28 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş İkinci Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirdi.
Müharibə iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında olmuş Şəhidlərimizin məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Göyçay Rayon İcra hakimiyyətində keçirilən görüşdə torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra rayon İcra Hakimiyyətinin başçısı qazanılan tarixi qələbə münasibətilə İkinci Qarabağ müharibəsində, vətən müharibəsi iştirakçılarını təbrik etdi. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi. Rayon rəhbəri şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb. O, bildirib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar, Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Sonda müharibə iştirakçıları rayon İcra Hakimiyyətində qəbul olunduğu üçün öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişdir.
Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.