Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı yanında videokonfrans formatında onlayn Şura iclası keçirildi

26 dekabr 2020 | 16:00

25 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı yanında videokonfrans formatında keçirilən onlayn şura iclasında icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və şura üzvləri iştirak edirdilər.
Şura iclasında “Rayon ərazisində baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaxşılaşdırılması məqsədi ilə tut tinglərinin əkini və becərilməsi barədə” məsələ müzakirə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonumuzda da əsas kənd təsərrüfatı sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün bir sıra  işlər görülmüş, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi məqsədilə rayonda yem bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Son illər rayon ərazisində ümumilikdə 526830 ədəd tut tingi əkilmişdir ki, bundan 398000 ədədi Çin Xalq Respublikasından gətirilmiş, 128830 ədədi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş yerli tut tingləri olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçsı çıxış edərək bildirdi ki, rayon ərazisində digər kənd təsərrüfatı işlərinin aparılması ilə yanaşı baramaçılıq sahəsinin inkişaf etdirilməsi, qarşıda duran ən mühüm işlərdən biri olmuş bunun üçün müvafiq köməkliklər göstərilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qurumların rəhbərləri yerlərə təhkim edilmiş, rayon üzrə 6 zona müəyyənləşdirilmişdir.
Görülmüş işlər barədə rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev ətraflı məlumat verilmişdir.
Sonra rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri videokonfransda çıxış etdilər, arayışda qeyd olunmuş nöqsanları qısa zamanda aradan qaldıracaqlarının bildirdilər.
İclasda şura üzvləri müzakirə olunan məsələyə münasibət bildirərək qeyd etdilər ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün yerlərdə əlavə tədbirlər görülməlidir. Bu məqsədlə son illər əkilmiş tut tinglərinin becərilməsinə və mühafizəsinə xüsusi diqqət yetirilməlidir. Tut tinglərinin aqrotexniki qaydada becərilməsi işləri davam etdirilməli, torpağa mineral və üzvü gübrələrin verilməsi təşkil edilməlidir, həmçinin bitiş alınmayan və ya quruyan tut tinglərinin yerli imkanlar hesabına bərpa edilməsi təmin edilməlidir. Gələcəkdə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaxşılaşdırılması məqsədi ilə rayonda aparılan işlərə nəzarət və müvafiq tədbirlərin həyata keçirilməsi daha da gücləndirilməlidir.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

Keçidlər