Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra hakimiyyəti başçısının sədrliyi ilə Operativ Qərargahın növbəti iclası keçirildi

14 dekabr 2020 | 16:00

Dekabr 14-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə idarə, təşkilat rəhbərlərinin, həmçinin icra nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı videokonfransda Azərbaycan Respublikasında koronavirus infeksiyasına (COVİD-19) yoluxanların sayının son aylarda kəskin artması ilə əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarına əsasən ölkə ərazisində dekabrın ayının 14-dən  tətbiq ediləcək sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunmasınin zəruriliyini bir daha videokonfrans iştirakçılarına bildirdi.
Videokonfransda Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov çıxış edərək rayon ərazisində koronavirus infeksiyasına yoluxanlar və yoluxmaya qarşı aparılan müalicə-profilaktika tədbirləri barədə məlumat verdi.
Müzakirə zamanı qeyd olundu ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsini ciddi nəzarətə götürməli, mütəmadi olaraq mobil qruplar tərəfindən təhkim olunduqları ərazilərdə tələblərə riayət edilməsinin monitorinqi aparılmalı, əhali arasında maarifləndirmə, təbliğat-izahat işləri daha da gücləndirilməlidir.
Videokonfransda həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında, park, xiyaban və küçələrdə mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirilməli, qayda pozuntularının qarşısı qətiyyətlə alınmalı, qanun pozuntularına yol vermiş hər bir şəxs haqqında inzibati cəza tədbirləri görülməlidir.

Keçidlər