Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyinin İkinci Qarabağ müharibəsinin döyüşçüləri ilə növbəti görüşü

15 dekabr 2020 | 16:00

14 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş İkinci Qarabağ müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Böyük Qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizdən Rəhim İsmayılovu, Əli Abbasovu xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək hədiyyə və təşəkkürnamə təqdim edib.
Bildirildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
Əsgər R.İsmayılov rayon İcra Hakimiyyətində qəbul olunduğu üçün öz dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər