Göyçay rayonunda canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi
04 dekabr 2020-ci il tarixdə saat 12:00-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Rayonun mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər səs siqnalları verib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı, hüquq, mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqalar, dindarlar, şəhidlərin ailə üzvləri, gənclər və qazilər Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub, anım gününün rəmzi olan “Xarı bülbülün” ikonası monitorda əks olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!