Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Qarayazı kəndinə mavi yanacaq verildi

27 oktyabr 2013 | 15:00

 

Göyçay rayonunun Qarayazı kəndinə mavi yanacaq verilib. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 19-a çatıb. Qazlaşma faizi isə 58,7 faizə yüksəlib.
Rayon mərkəzindən 20 km. məsafədə yerləşən Qarayazı kəndinə Yekəxana qaz paylayıcı stansiyadan 13755 paqonometr daşıyıcı, 13794 paqonometr metr paylayıcı xətlər çəkilib. Bir pilləli sistem əsasında 413 mənzildə qaz sayğacı quraşdırılıb. Kəndə mavi yanacağın verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Göyçay rayon icra hakimiyyətinin başçısının müavini Ədalət Dövlətov sakinləri sosial problemlərin həlli münasibəti ilə təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin ən ucqar kəndlərində belə sosial infrastruktur layihələr həyata keçirilir. Yaşayış məntəqələrində yeni məktəb, poçt, ATS və bağça binaları tikilir. Su təmizləyici qurğular quraşdırılır, yollar yenidən qurulur. Son illər Göyçayda 19 kəndə mavi yanacaq verilib. Mərasimdə Göyçay rayon qaz istismar sahəsinin rəisi Murtuz Salahov məlumat verib ki, qarşıdakı aylarda da digər kəndlərin qazlaşdırılması istiqamətində mühüm addımlar atılacaq. Kənd sakinləri çıxış edərək qayğıya görə minnətdarlıq ediblər. Qış ayları ərəfəsində kəndə qaz xəttinin çəkilməsini əvəz tövhə kimi qiymətləndiriblər. Sonra rəmzi məişəl alovlandırılıb. Rayon ictimaiyyətinin nümayəndələri evlərə baş çəkərək mavi yanacağın təzyiqini yoxlayıblar.

 

Keçidlər