Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra hakimiyyəti başçısının sədrliyi ilə Operativ Qərargahın növbəti iclası keçirildi

23 noyabr 2020 | 16:00

21 noyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə idarə, təşkilat rəhbərlərinin, həmçinin icra nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın müşavirəsindən söz açaraq son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasna nəzarət və s. məsələlər müzakirə olunduğunu qeyd etdi.
Müşavirədə yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarətin və təbliğat işlərinin gücləndirilməsi barədə qərar qəbul olduğunu videokonfrans iştirakçılarının diqqətinə çatdırdı.
Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin və koronavirus infeksiyasının yoluxma halı çoxluq təşkil edən rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər, Qaraməryəm, Qarabaqqal, Məlikkənd, Potu, Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin də iştirak etdiyi  iclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq epidemiyanın qarşısının alınması və koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan tədbirlərin gücləndirilməsi müzakirə edildi.
İclasda Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov çıxış edərək rayonu ərazisində koronavirus infeksiyasına yoluxanlar və yoluxmaya qarşı aparılan müalicə-profilaktika tədbirləri barədə məlumat verdi.
Müzakirə zamanı qeyd olundu ki, aidiyyətı orqanların, o cümlədən idarə, müəssisə, təşkilatların, ictimai təşkilatların, siyasi partiyaların rəhbərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalar barədə əhali arasında maarifləndirmə işlərini gücləndirməlidir. Mütəmadi olaraq ictimai yerlərdə insanlarla izahat işləri aparılmalı, onları sosial mühafizə qaydalarına tam əməl etmələrinə məcbur edilməlidirlər. Mədəniyyət idarəsi tərəfindən şəhər ərazisində avtobillə təbliğat işi mütəmadi olaraq davam etdirilməlidirlər.
Müzakirə zamanı həmçinin qeyd olundu ki, rayon ərazisində ictimai yerlərdə, bazarlarda, ticarət mərkəzlərində, ictimai-iaşə, bərbərxana və digər xidmət obyektlərində müvafiq qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır. Bu işdə mobil qrupların fəaliyyəti, nəzarəti gücləndirilməlidir. Lazım olduqda qanuna müvafiq inzibati məsuliyyət tədbirləri görülməlidir.
Videokonfransda həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında, park, xiyaban və küçələrdə mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirilməsi və dezinfeksiya işlərinin aparılmasına dair növbəti ay üçün qrafikin rayon qərargahına təqdim olunması qərara alındı.

Keçidlər