Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Bayraq Günü” qeyd edildi

09 noyabr 2020 | 16:00

09 noyabr 2020-ci il tarixdə Göyçay rayonunda “Bayraq Günü” qeyd olundu.
Şəhərin “Bayraq Meydanı”nda keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə “Bayraq Günü” münasibəti ilə və Şuşa şəhərinin işğalçılardan azad edilməsi ilə bağlı rayon ictimaiyyəti nümayəndələrini təbrik edərək bildirdi ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı kimi elan edib.
Mərasimdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri “Bayraq günü” və Şuşa şəhərinin erməni qəsbikarlarında azad edilməsi münasibəti ilə təbriklərini çatdırdılar və ümüdvar olduqlarını bildirdilər ki, işxal altında olan bütün torpaqlarımız tezliklə azad olunacaqdır.
Tədbir məktəblilərin hazırladıqları bayram kompazisiyası ilə başa çatmışdır.

Keçidlər