Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Bığır kəndində şirə arxı qazılaraq lil və çöküntülərdən təmizlənmişdir

29 oktyabr 2020 | 16:00

Rayonun Bığır kəndinin bir qrup sakininin müraciətini nəzərə alaraq rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şirə kanalının lil və çöküntülərdən təmizlənməsi barədə tapşırıq verilmişdir.
29 oktyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Bığır kəndində şirə kanalının təmizlənməsi ilə bağlı ərazidə olmuş və görülmüş işlərin gedişi ilə tanış olmuşdur.
Verilmiş tapşırığa əsasən “Sabirabad Çaylarda Bəndlərin İstismarı” İdarəsi tərəfindən 6 km məsafədə şirə arxı qazılaraq lil və çöküntülərdən təmizlənmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı işlərin gedişinə dair müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər