Qərargah üzvlərinin növbəti iclası keçirildi
16 oktyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsinə dair aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə qərargah üzvlərinin növbəti iclası keçirildi.
Qərargahın iclasında Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq epidemiyanın rayon ərazisinə daxil olmasının qarşısının alınması və koronavirus (COVİD-19) pandemiyasına qarşı görülmüş tədbirlərin gücləndirilməsi tapşırıldı. İclasda Göyçay Mərkəzi rayon Xəstəxanasının giriş-çıxış hissələrində xüsusi nəzarət qurplarının yaradılması qeyd edildi.
Həmçinin mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılmasını, ictimai-iaşə, ticarət, bərbərxana və digər obyektlərdə müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olunnması barədə müvafiq tapşırıqlar verildi.
Sosial və davranış qaydalarına riayət olunması məqsədi ilə müvafiq qrupların yaradılması və reydlərin ciddi şəkildə davam etdirilməsi barədə qərarlar qəbul edildi.
İclasın yekununda rayon rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar vermiş və qərargah üzvləri tərəfindən infeksiyanın qarşısının alınması üçün tədbirlərin görülməsi haqda qərar qəbul edilmişdir.