Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilmişdir

12 oktyabr 2013 | 15:00

     Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir. Oktyabrın 11-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Göyçay rayonunun Ləkçılpaq kəndində keçirmişdir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 613 min manat güzəştli kredit verilmişdir.
      Bu kreditlər hesabına maliyyələşdirilən layihələr 80-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, fond tərəfindən Göyçay rayonunda prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli çörək istehsalı müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
      Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov Göyçay rayonunda görülən işlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, eləcə də məqsədli dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti barədə məlumat vermişlər.
        Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3634 investisiya layihəsinin maliyyələşdirilməsinə 246,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 10 450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bildirilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6750-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 305,7 milyon manat güzəştli kreditlər verilmişdir. Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər