Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Çaxırlı kəndində "Şəhidlər bulağı" kompleksi istifadəyə verilmişdir.

26 sentyabr 2020 | 16:00

16 sentyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonunun Çaxırlı kəndində “Şəhidlər Bulağı” kompleksinə baxış keçirilmiş və bulağın qısa müddət ərzində yenidən əsaslı şəkildə qurulması ilə bağlı müvafiq tapşırıq verilmişdi.
Sentyabr ayının 26-da “Şəhidlər Bulağı” kompleksində əsaslı təmir işləri aparıldıqdan sonra bulaq komleksi istifadəyə verilmişdir. Mərasimdə rayon icra hakimiyyəti başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsinin rəisi, kənd ağsaqqalları çıxış edərək şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan, torpaqlarımızın işğalından, erməni təcavüzkarlarının qətlyamlarından danışaraq qeyd olunub ki, bu gün regionun ən güclü ordusuna malik Azərbaycanın düşmənə hər an sarsıdıcı zərbə endirmək qüdrətinə malikdir. 
Mərasim iştirakçıları şəhidlərimizin xatirəsi ehtiramla yad edərək bulağın ətrafına gül dəstələri düzmüşlər.

Keçidlər