Göyçayda yeni ticarət obyektlərinin açılışı olmuşdur
19 sentyabr 2020 | 16:00
19 sentybar 2020-ci il tarixdə şəhərin Mehdi Hüseynzadə küçəsində yerləşən “Təzə Bazar” adlanan kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarında yeni ticarət obyektlərinin açılışı olmuşdur.
Açılış mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətindən, respublikada iş adamları üçün yaradılmış münbit şəraitdən danışmış, rayon iqtisadiyyatının gücləndirilməsində, yeni iş yerlərinin yaradılmasında özəl sektorun mühüm rol oynadığnı bildirmişdir.
Qeyd olunmuşdur ki, istifadəyə verilən ticarət obyektləri rayon sakinlərin ürəyincə olacaq və nizamsız küçə ticarətinin qarşısı alınacaqdır.