Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbəri fəaliyyətə başlamış körpələr evi-uşaq bağçalarına baxış keçirib

18 sentyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 15 sentyabr 2020-ci il tarixindən rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Bununla əlaqədar olaraq 18 sentyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı uşaq bağçalarının fəaliyyətə başlamasından sonra bağçalarda koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı görülmüş işlərlə yerində tanış olmaq üçün şəhər 2, 10, 13 nömrəli uşaq bağçalarında olmuşdur.
Bildirilmişdir ki, rayon ərazisində fəaliyyətə başlamış körpələr evi- uşaq bağçalarında dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb, təmizlik abadlıq işləri görülmüşdür.
Bütün bağçalarda koronavirus (COVİD-19) pandemiyası üçün nəzərdə tutulan marifləndirici məlumatlar paylanılmış, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatlar asılmışdır. Körpələrin koronavirus (COVİD-19) pandemiyasından qorunma qaydalarına riayət edilməsinə nəzarət daim diqqət mərkəzində saxlanılır.

Keçidlər