Rayon İcra Hakimiyyətinin başçısı növbəti reyd keçirib
17 sentyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronavirus infeksiyasının qarşısının alınması üçün rayon ərazisində növbəti reyd keçirib.
Rayonun Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Xəlitli kəndi ərazisində yas mərasimin təşkil olunmasının qarşısı alınıb və mərasimdə iştirak etmək istəyən digər vətəndaşlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunmuş, həmçinin xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyyə olunub və karantin qaylarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə bir daha çatdırılıb.