Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Qərargah üzvlərinin növbəti iclası keçirildi

17 sentyabr 2020 | 16:00

17 sentyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərə dair operativ qərargahın növbəti iclasında aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, həmçinin yerli icra və bələdiyyə üzvlərinin iştirakı ilə videokonfrans keçirilmişdir.
Qərargahın iclasında epidemiyanın rayon ərazisinə daxil olmasının qarşısının alınması barədə və koronavirus (COVİD-19) pandemiyasına qarşı görülmüş tədbirlər geniş müzakirə olunmuşdur.
Həmçinin bildirilmişdir ki, əhali arasında mobil qrupların fəaliyyəti daha da gücləndirilməli və tibbi maskadan istifadənin zəruri olması, sosial məsafənin saxlanılması, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsi barədə hər bir vətəndaşın diqqətinə çatdırılmalıdır.
Videokonfransda rayon İcra Hakimiyyətinin birinci müavini İkram Vəliyev və inzibati ərazi dairəsi üzrə nümayəndələr tut tinglərinin becərilməsi barədə məlumat verdilər.
İclasın yekununda rayon rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar vermiş və qərargah üzvləri tərəfindən infeksiyanın qarşısının alınması üçün tədbirlərin görülməsi haqda qərar qəbulmuşdur. 

Keçidlər