Göyçay şəhərində körpələr evi istifadəyə verilmişdir
Göyçay şəhərində müasir tələblər səviyyəsində inşa olunmuş 40 yerlik uşaq bağçası istifadəyə verilib. Təlim-tərbiyə ocağı zəzuri avadanlıqlarla təchiz edilib. Son 1 ildə bu Göyçayda körpələrin ixtiyarına verilən ikinci körpələr evidir.
Körpələr evi məktəbə qədər hazırlıq və orta yaş qruplarından, müsiqi və gimnastika zalından, məşğələ, metodist və yataq otaqlarından, camaşırxana, yeməkxana və digər xidməti otaqlardan ibarətdir. 40 uşağın təlim-tərbiyə aldığı, 10 nəfər tərbiyyəçi müəllim və texniki işçinin fəaliyyət göstərdiyi körpələr evi istilik sistemi,müstəqil transformator yarımstansiyası, ehtiyat su anbarı ilə təmin olunub. Qruplarda mebel və yataq dəstləri quraşdırılıb, təlim otaqları isə müxtəlif oyuncaqlar, metodiki vəsaitlərlə təchiz edilib. Bağça binası dövlət vəsaiti hesabına tikilib. Körpələr evinin ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Açılış mərasimində Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Millət vəkili Şəmsəddin Hacıyev tərbiyyəçiləri, müəllim və körpələri təbrik ediblər. Yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısından söz açan natiqlər yeni məktəb və bağça binalarının tikilməsini müsbət dəyərləndiriblər. Rəmzi lent kəsildikdən sonra təlim otaqlarında, qruplarda yaradılan şəraitlə tanışlıq olub. Fidan balalar səhnəciklər nümayiş etdiriblər, şerlər səsləndiriblər.