Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kəndində aztəminatlı ailələr üçün salınmış meyvə bağlarına baxış keçirmişdir

16 sentyabr 2020 | 16:00

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Göyçay rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınmışdır.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya zamanı rayonun Məlikkənd kəndi ərazisində salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilmişdir.
16 sentybar 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kəndində salınmış meyvə bağlarına baxış keçirmiş və bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcəyini bildirmişdir.

Keçidlər