Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirib
Rayon icra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti idarə, müsəssisə təşkilat rəhbələrinin iştirakı ilə növbəti videokonfransı keçirib.
15 sentyabr 2020-ci il tarixdə keçirilən videokonfransda rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılmasını, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verib.
Videokonfransda tədris ilinin başlaması ilə əlaqədar nəzarətin gücləndirilməsini diqqətə çatdırmışdır.
Həmçinin videokonfransda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri yerlərdə suvarma suyunun verilməsi vəziyyəti, qarğıdalı və, tut tinglərinin becərilməsi barədə rayon rəhbərinə məlumat veriblər.
Qəbulda Göyçay şəhər, Qarabaqal, Ləkçılpaq, kənd inzibati ərazi dairəsinin sakinləri tərəfindən əsasən işlə təmin olunmaları, maddi yardım olunması, telefon xəttinin çəkilməsi barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.