Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda uşaq bağçalarının fəaliyyətə başlaması ilə əlaqədar hazırlıq işləri görülür

12 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. 15.09.2020-ci il tarixdən fəaliyyətə başlanması ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrin rəhbərlərinə müəssisə daxilində  məsul  şəxsin müəyyən edilməsi, giriş-çıxış yerlərində hər qrup üzrə dezinfeksiya məhlulundan istifadə olunması, ailədə qızdırmalı şəxs müəyyən edildikdə uşağın bağçaya gətirilməməsi, pedaqoji heyətin maskadan istifadə etməsi (məcburi), tez-tez uşaqların əllərinin yuyulması, az təmas edən oyunların qurulması, virus aşkar olunduğu halda qrupun və ya bağçanın  bağlanması kimi tapşırıqlar verilib.
Pandemiya ilə əlaqədar uşaq bağçalarının fəaliyyəti mart ayından dayandırılmışdır. Sentyabr ayının 15-dən bağçaların fəaliyyəti bərpa olunacaq. Bununla bağlı bütün bağçalarda dezinfeksiya və təmizlik işləri aparılmışdır.

Keçidlər