Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon icra hakimiyyətinin başçısı Ləkçılpaq kənd 1 saylı tam orta məktəbində aparılan əsaslı təmir işlərinə baxış keçirib

12 sentyabr 2020 | 16:00

Son illər Göyçay rayonunda təhsil müəssisələrinin əsaslı yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Ləkçılpaq kənd 1 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işlərinə baxış keçirmişdir.
Cari ilin fevral ayından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılmış, ötən müdət ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilmişdir.
Tikintisi davam edən Ləkçılpaq kənd 1 saylı tam orta məktəbin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı məktəbdə aparılan əsaslı təmir işlərinin vaxtında başa çatdırılması və məktəbin ərazisində abadlıq işlərinə aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Keçidlər