Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İnzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirilib

08 sentyabr 2020 | 16:00

Rayon icra Hakimiyyətinin başçısının sədrliyi ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfransı keçirilib. Nümayəndəliklərdə qəbula gəlmiş vətəndaşların müraciətləri online qaydada dinlənilib.
08 sentyabr 2020-ci il tarixdə keçirilən videokonfransda rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılması, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verib.
Videokonfransda məhərrəm ayının başlaması ilə əlaqədar yaradılmış xüsusi qruplar tərəfindən mütəmadi reydlərin keçirilməsi, həmçinin yas mərasimlərinin karantin rejimi qaydalarına uyğun keçirilməsini nəzarətdə saxlanılması bir daha tapşırıldı.
Həmçinin videokonfransda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri yerlərdə suvarma suyunun verilməsi vəziyyəti, qarğıdalı və çəltik əkinləri, tut tinglərinin becərilməsi barədə rayon rəhbərinə məlumat veriblər.
Qəbulda Göyçay şəhər, Ləkçılpaq, Şəhadət, Çərəkə, Yeniarx, Mallı Şıxlı kənd inzibati ərazi dairəsinin sakinləri  tərəfindən əsasən suvarma suyu təminatının yaxşılaşdırılması, işlə təmin olunmaları, müalicə olunamlarına köməklik edilməsi barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər