Rayon İcra Hakimiyyətinin başçısı rayonun Şəhadət və Potu kəndlərində aparılan tikinti işlərinə baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı sentyabrın 2-də rayonun Şəhadət kəndində qismən dağılmış körpüdə aparılan təmir işləri və Potu kəndində yeni həkim məntəqəsinin tikintisi ilə maraqlanmışdır.
26 avqust 2020-ci il tarixdə Şəhadət kənd əhalisinin bir qrup sakinlərinin müraciətini nəzərə alaraq rayon İcra Hakimiyyətinin başçısı kəndin ərazisində qəzalı vəziyyətdə olan körpüyə baxış keçirmiş və körpünün təmiri ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Hal-hazırda Şəhadət kəndində qəzalı vəziyyətdə olan körpünün ətrafında texnika vasitəsi ilə qazma işlərinə başlanılmışdır.
Həmçinin rayon rəhbəri Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin əvvələrində Potu kəndində tikintisinə başlanılmış yeni həkim məntəqəsinə baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tikinti işləri aparılan obyektlərdə işlərin gedişinə dair müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.