Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda əmək yarmarkası keçirilmişdir.

28 sentyabr 2013 | 15:00

 

       Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilmişdir. Yarmarkanın açılış mərasimində çıxış edən rayon məşğulluq mərkəzinin direktoru Namiq İsmayılov, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Rəşad Əsgərli, rayon icra hakimiyyətinin məsul işçisi Məmməd Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır.
       Əmək yarmarkasında iştirak edən vətəndaşlara 9-u dövlət, 8-i özəl olmaqla 17 idarə, müəssisə və təşkilat tərəfindən 132 boş iş yeri təqdim olunmuşdur. İş yerlərindən 55-i dövlət, 77-i özəl təşkilatların payına düşür. Boş iş yerlərinin 29-u qulluqçu, 63-ü fəhlə, 40-ı xidmət sahələrini əhatə edir. Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif olunmuşdur.  Yarmarkada iştirak edən 250 nəfər iş axtaran və işsiz vətəndaşdan 54-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş almışdır.
     Bu ilin 8 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 40 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, onlardan 233 nəfəri münasib işlə təmin olunmuşdur. Həmçinin, 23 nəfərə işsiz statusu verilərək müavinət ödənilmişdir.

Keçidlər