Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərlə tanış olub

01 sentyabr 2020 | 16:00

Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Göyçay rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Suvarma kanalları qazılaraq lil və çöküntülərdən təmizlənir, alternativ su arxları qazılır. Kənd sakinlərinin əkin sahələrini suvarmaları üçün əldə olan bütün səy və imkanlardan səmərəli istifadə olunur.
01 avqust 2020-ci il tarixdə rayon rəhbərliyi Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərlə tanış olub.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi tədbirləri çərçivəsində  5 suvarma arxında 21 kilometr uzunluğunda rayon suvarma sistemləri idarəsinin texnikası vasitəsi ilə suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların su ötürmə qabiliyyəti yaxşılaşdırılmışdır. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığı, həm də su itkisinin qarşısı alınmışdır.
Rayonun digər kəndlərinin ərazilərində də lildən təmizləmə işləri davam etdirildiyini bildirən rayon İcra Hakimiyyətinin başçısı işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirərək müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər