Rayon İcra Hakimiyyətinin başçısı icra nümayəndələri ilə növbəti videokonfrans keçirib
Rayon icra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
01 sentyabr 2020-ci il tarixdə keçirilən videokonfransda rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılmasını, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olanması barədə müvafiq tapşırıqlar verib.
Videokonfransda məhərrəm ayının başlaması ilə əlaqədar yaradılmış xüsusi qruplar tərəfindən mütəmadi reydlərin keçirilməsi, qaydaları pozaraq dini mərasim təşkil edən və bu mərasimlərdə toplaşanlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi tövsiyyə edildi.
Həmçinin videokonfransda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri yerlərdə suvarma suyunun verilməsi vəziyyəti, qarğıdalı və çəltik əkinləri, tut tinglərinin becərilməsi barədə rayon rəhbərinə məlumat verdilər.
Qəbulda Göyçay şəhər, Məlikkənd, Ləkıçılpaq, Qızılağac və Qaraməryəm kənd inzibati ərazi dairəsinin sakinləri tərəfindən əsasən ev və işlə təmin olunmaları, telefon xəttinin çəkilməsi və müalicə olunamlarına köməklik edilməsi barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.