Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar icra nümayəndələri ilə videokonfrans keçirilib
Avqustun 28-də rayon icra Hakimiyyətinin başçısının sədrlik etdiyi videokonfransda rayonun hüquq, mühafizə orqanlarının rəhbərləri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə və dini icma sədrləri iştirak ediblər.
Videokonfrasnda rayon üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olunmuş, nöqsanlar qeyd edilmiş və onların aradan qaldırılması haqda müzakirələr edilmişdir.
Məhərrəmlik ayı ərəfəsində xüsusən aşura qabağı və həmin gün karantin rejimi qaydalarına əməl olunması ciddi tapşırıldı. Bu məsələ ilə bağlı videkonfransa dəvət olunan məscidlərin axundları yerli nümayəndələrinə öz tapşırıq və tövsiyyələrini verdilər. Kənd icra nümayəndələrinə, yerli bələdiyyə sədrlərinə mobil qruplarla birgə bir daha ərazidə ciddi nəzarət tədbirləri həyata keçirmələri tapşırıldı.
Qərargahın sədri mobil qruplar tərəfindən vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmələri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsini bir daha diqqətə çatdırıraraq, toy, yas, hərbi xidmətə gedən və gələnlərlə bağlı yığıncaqların təşkil edilməməsi bir daha tapşırıldı.