Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra başçısı yeni inşa olunan uşaq bağçalarında aparılan tikinti işləri ilə maraqlanıb

27 avqust 2020 | 16:00

27 avqust 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Göyçay şəhərində 3 və 4 saylı, Çayarxı kəndində yeni inşa olunan uşaq bağçalarında aparılan tikinti işləri ilə maraqlanıb.
Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə 2019-cu ilin sonlarında başlanılıb. Şəhərin Nizami küçəsində inşa edilən 3 nömrəli uşaq bağçanın tikintisi başa çatdırılıb. Atatürk küçəsində və Çayarxı kəndində tikilən uşaq bağçalarında müasir standartlara uyğun yataq, oyun, tədris, mətbəx otaqları olacaqdır.
Həmçinin bağçaların ərazisində uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq. Müəssisə yeni inventar və texniki vasitələrlə təmin olunacaq.
Tikinti işləri davam edən uşaq bağçalarının da yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər