Rayon rəhbərliyi Şəhadət kəndində qismən dağılmış körpüyə baxış keçirmişdir
26 avqust 2020 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı 26 avqust 2020-ci il tarixdə Şəhadət kənd əhalisinin bir qrup sakinlərinin müraciətini nəzərə alaraq kəndin ərazisində qəzalı vəziyyətdə olan körpüyə baxış keçirmişdir
Kəndin 15-ə yaxın ailəsinin istifadə etdiyi körpü 80-ci illərdə sadə konstruksiyalardan inşa edilməklə sel sularını ötürən kanalın üzərində kolxoz vəsaiti hesabına tikilmiş və uzun müddət istismar olunduğu üçün qismən dağılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı körpünün təmir olunmasının vacibliyini bildirərək müvafiq tapşırıqlar vermiş və artıq təmirlə bağlı hazırlıq işlərinə başlanılmışdır.