Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İcra nümayəndəlikləri ilə növbəti videokonfrans keçirildi

25 avqust 2020 | 16:00

Göyçay rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti idarə, müəssisə rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri ilə növbəti videokonfrans keçirdi.
25 avqust 2020-ci il tarixdə keçirilən videokonfransda rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərin daha da gücləndirilməsi, mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsinin mütəmadi olaraq aparılmasını, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, dəfn mərasimlərinin nəzarətdə saxlanılması, yas mərasimlərinin keçirilməsinin qadağan olanması barədə tapşırıqlar verib.
Koronavirus (COVİD-19) yoluxmuş şəxslərin evdən çıxmamaları və infeksiyasının yayılmasının qarşısının alınması üçün karantində ola ailələrin ehtiyaclarını ödəmək üçün yerli icra hakimiyyəti nümayəndələrinə və mobil qruplar tərəfindən həmin şəxslərə köməkliklərin olunması tapşırıldı.
Karantin rejiminin qaydalarına uyğun olaraq məhərrəmlik ayının başlaması ilə əlaqədar Qafqaz Müsəlmanları idarəsinin tövsiyyə və tapşırıqlarına riayət olunması vacibliyi qeyd olunmuşdur.
Videokonfransda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri yerlərdə suvarma suyunun verilməsi vəziyyətini, qarğıdalı və çəltik əkinləri haqqında rayon rəhbərinə məlumat verdilər.
Qəbulda Çaxırlı, Qaraman, Potu kəndinin sakinləri tərəfindən əsasən işlə təmin olunmaları, suvarma suyu ilə təminatının yaxşılaşdırılması, qazın təzyiqinin aşağı olması barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər