Göyçay rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimai nəzarət komissiyasının üzvləri ilə birlikdə rayon ərazisində ictimai iaşə, ticarət obyektlərində və son günlər vəfat etmiş vətəndaşların yaşadıqları ünvanlarda reyd keçirib.
21 avqust 2020-ci il tarixdə şəhərin M.Ə.Rəsulzadə küçəsi 83 nömrəli ünvanda keçirilən reyd zamanı həmin ünvanda vəfat etmiş şəxsin ailə üzvlərinə və mərasimdə iştirak edən digər vətəndaşlara Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunmuş, yas mərasiminin fəaliyyəti dayandırılmış, 3 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunmuşdur.
Bütövlükdə həmin gün rayon ərazisində karantin qaydalarını pozan 12 vətəndaş barədə inzibati protokollar tərtib edilərək müvafiq qaydada cərimə olunmuşlar.