Rayon İcra Hakimiyyətinin başçısı icra nümayəndələri ilə növbəti videokonfrans keçirmişdir
18 avqust 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətində aidiyyəti idarə, müəssisə rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri ilə vətəndaşların müraciətlərinin öyrənilməsi üçün növbəti videokonfrans keçirilmişdir.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və digər xidmət sahələrində dezinfeksiya tədbirlərinin aparılması, koronavirusla mübarizə ilə bağlı maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Qəbulda Göyçay şəhər, Alpout, İkinci Ərəbcəbirli, Müskürlü, Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin sakinləri tərəfindən əsasən işlə və evlə təmin olunmaları, suvarma suyu ilə təminatının yaxşılaşdırılması barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.