Göyçay rayonunda dezinfeksiya tədbirləri davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Göyçay rayonu ərazisində sanitar-epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Rayonun idarə, müəssisə və təşkilatlarda, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadə yerlərində, giriş bloklarında və digər yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər və kəndlərdə əhali arasında insanların xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün mütəmadi olaraq maarifləndirmə işləri aparırlar.