Göyçay rayon İcra Hakimiyyətində inzibati ərazi dairəsi üzrə nümayəndələri və vətəndaşlarla növbəti videokonfrans keçirilmişdir
11 avqust 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətində aidiyyəti idarə, müəssisə rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri ilə yerlərdə vəziyyətin və vətəndaşların müraciətlərinin öyrənilməsi üçün növbəti videokonfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Nazir Əli Əsədovun sədrliyi ilə videokonfrans keçirildiyini diqqətə çatdıraraq bildirdi ki, keçirilən videokonfrans zamanı xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələlər müzakirə edilmiş, sanitar qaydalara ciddi əməl olunmasını, nəzarət funksiyasının dönmədən tətbiq edilməli olduğu xüsusi qeyd edilmişdir.
Rayon rəhbəri M.Səlimzadə son aylarda respublikada yoluxma halları azalsa da avqust ayının əvvəllərində rayonumuzda yoluxma hallarının artdğı qeyd edilmiş, əhali arasında yoluxmanın qarşısının alınması üçün videokonfrans iştirakçılarına tapşırıq və tövsiyələri vermişdir.
Rayonumuzda koronavirus infeksiyasına yoluxmuş vətəndaşın olduğunu qeyd edən icra hakimiyyəti başçısı həmin vətəndaşların və onların ailə üzvlərinin tam izoliyazasiya edilməsini, onların ərazi icra nümayəndələri, polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən daim nəzarətdə saxlanılmasını, bu ailələrlə gün ərzində telefon əlaqəsi saxlanılmaqla, evlərini tərk etməmələri üçün lazımı ehtiyaclarının təmin olunması tapşırıldı.
Həmçinin videokonfransda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru kəndlərdə əkin üçün yararlı torpaq sahələrində qarğıdalı və çəltik əkini üçün görülən işlər barədə məlumat vermiş, bildirmişdir ki, payızlıq əkinlərin aparılması üçün şum çıxarılması istiqamətində lazımi tədbirlər görülür.
Qəbulda Göyçay şəhər, İkinci Ərəbcəbirli, Qızılağac, Bığır, Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin sakinləri tərəfindən əsasən işlə və evlə təmin olunmaları, rabitə dirəyinin dəyişirilməsi, şirə kanalının qazılması, işıq transformatorunun kənarlarının hasara alınması barədə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.