Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev rayonda aparılan və nəzərdə tutulan tikinti, quruculuq və abadlıq işləri ilə yerində tanış olmaq məqsədi ilə Göyçay rayonunda olmuşlar.

10 avqust 2020 | 16:00

Göyçay çayının sağ sahilində rayonun zəbt edilmiş 5,0 hektar torpaq sahəsinin geri alınması və həmin ərazidə şəhər əhalisinin istirahəti üçün park salınması  əlaqədar məsələ ilə tanış olmaq məqsədi ilə Göyçay rayonundan Altıncı Çağırış Milli Məclisə deputat seçilmiş Sabir Hacıyev və Məzahir Əfəndiyev rayon ictimaiyyətinin nümayəndələri və seçilərin fəal üzvləri ilə karantin qaydalarına əməl olunmaqla əraziyə baxış keçirdilər. 
Deputatlara bildirildi ki, çay məcrasının dəyişdirilməsi ilə əlaqədar çayın köhnə məcrası torpaqla doldurulmuşdur. Həmin ərazidən 5 hektar torpaq sahəsi zəbt edildiyindən ərazinin boşaldılması üçün hüquqi müstəvidə tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi şəhərin baş planına əsasən Göyçay çayının sağ sahilində park salınması nəzərdə tutulmuş və sözügedən torpaq sahəsi də yeni salınacaq parkın bir hissəsidir.
Məsələ ilə yerində tanış olan deputatlar çayın sahil boyunca park salınmasına öz müsbət münasibətlərini bildirdildər və zəbt edilmiş ərazinin tezliklə boşaldılması istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun səlahiyyətləri daxilində müvafiq tədbirlər görəcəklərini qeyd etdilər.
Daha sonra Milli Məclisin üzvləri rayonda aparılan tikinti, quruculuq və abadlıq işləri ilə tanış oldular. Tanışlıq zamanı onlar Göyçay Mədəniyyət Mərkəzində aparılan əsaslı təmir, rayon Mərkəzi Kitabxanasının qarşısında aparılan abadlıq işlərinə, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan şəhər 3, 8 saylı və digər şəhər 4, Çayarxı kənd uşaq bağçalarına baxış keçirdilər.

Keçidlər