Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Qərargah üzvlərinin videokofrans formatında növbəti iclası keçirilib

08 avqust 2020 | 16:00

08 avqust 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərə dair operativ qərargahın növbəti iclasında aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, həmçinin yerli icra və bələdiyyə üzvlərinin iştirakı ilə videokonfrans keçirilmişdir.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən videomüşavirədən söz açaraq qeyd etdi ki, respublikanın bir sıra rayonlarında sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlərin görülməsinə baxmayaraq, hər bir vətəndaş sanitar-epidemioloji tələblərə ciddi əməl etməlidir.
Qərargahın iclasında epidemiyanın rayon ərazisinə daxil olmasının qarşısının alınması barədə və koronavirus (COVİD-19) pandemiyasına qarşı görülmüş tədbirlər geniş müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, əhali arasında mobil qrupların fəaliyyəti daha da gücləndirilməli və tibbi maskadan istifadənin zəruri olması, sosial məsafənin saxlanılması, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi barədə hər bir vətəndaşın diqqətinə çatdırılmalıdır.
İclasın yekununda rayon rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar vermiş və qərargah üzvləri tərəfindən infeksiyanın qarşısının alınması üçün tədbirlərin görülməsi haqda qərar qəbulmuşdur.

Keçidlər