Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda din xadimlərinə mükafatların təqdimetmə mərasimi keçirilib

05 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Qurban bayramı ərəfəsində ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə görə bir qrup din xadimini mükafatlandırıb.
Avqustun 5-də Göyçay rayonunda din xadimlərinə mükafatların təqdimetmə mərasimində rayon İcra Hakimiyyətinin xatirə döş nişanları da dindarlara rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən təqdim edilib.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən ölkəmizdə dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında eyni statusa malikdir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Mehdi Səlimzadə çıxışında  qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli siyasi varisi  Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki,  Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bir çox dövlətlərin üzərində baş sındırdığı “Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?” sualının əyani cavabı kimi qəbul olunur.
Müxtəlif məzhəb nümayəndələri arasındakı münasibətlərin olduqca normal olduğu və mənsublarının qarşılıqlı hörmət ənənələrinə bağlı şəkildə münasibətlərini davam etdirdikləri Göyçay rayonunda fəaliyyət göstərən din xadimlərinə mükafat verilməsinin təqdirəlayiq olduğunu vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə din xadimlərinə ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında fəaliyyətlərində yeni yeni uğurlar arzuladı.
Mükafatlananlar - Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Cavid Səfərov və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin imamı Ramin Rəhimli göstərilən diqqətə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Göyçay şəhəri “Əbülfəzil-Abbas” məscidinin dini icmasının sədri Rəsul Kazımov və “Mərkəzi” məscidinin dini icmasının sədri Müşviq Əsgərov rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.
Təqdimetmə mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak ediblər.

Keçidlər