Vətəndaşların növbəti onlayn qəbul keçirildi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Göyçay rayonunda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə vətəndaşların növbəti onlayn qəbulunu keçirmişdir.
04 avqust 2020-ci il tarixdə keçirilən onlayn qəbul zamanı vətəndaşlar tərəfindən suvarma suyu ilə təminatın yaxşılaşdırılması, maddi yardım verilməsi, fərdi yaşayış evlərinin tikintisinə və təmirinə köməklik edilməsi ilə bağlı müraciətlər olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərinin müraciətini dinləmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.