İnzibati ərazi dairələri üzrə nümayəndəliklərlə növbəti videokonfrans keçirildi
28 iyul 2020-ci il tarixdə rayon icra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və aidiyyəti idarə, müəssisə rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirdi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı iyulun 27-də Azərbaycan Respublikası Maliyyə Nazirinin keçirdiyi videomüşavirədən söz açaraq qeyd etdi ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri geniş təhlil olunmuş, xüsusi karantin rejimi qaydalarını pozanların ciddi nəzarətə götürülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən evdə müalicə olunan xəstələrin evindən kənarlaşmasının yolverilməz olduğu bildirilmiş bu sahədə nəzarəti gücləndirmək üçün konkret tapşırıqlar verilmişdir.
Sonra şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri rayon rəhbərinə koronavirus (COVID-19) infeksiyası ilə bağlı yerlərdə mövcud sanitar-epidemioloji vəziyyət haqqında məlumat verilmiş və əhali arasında maarifləndirmə, təbliğat işlərinin davam etdirildiyini bildirilmişdir.
Videokonfransda karantin rejiminin gücləndirilməsi, mobil qrupların fəaliyyətinin daha da canlandırılmasını və Qurban bayramı tədbirlərinin, xüsusilə də qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşaraq həyata keçirilməsinin birmənalı şəkildə yolverilməz olduğu diqqətə çatdırılmışdır.
Həmçinin Videokonfrans zamanı, həmçinin şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar onlayn qaydada dinlənilmiş, onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydə alınmış və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.