Koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərə dair qərargah üzvlərinin növbəti videokofrans formatında iclası keçirilib
25 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərə dair operativ qərargahın növbəti iclasında aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, həmçinin yerli icra və bələdiyyə üzvlərinin iştirakı ilə videokonfrans keçirilmişdir.
Videokofransda rayon İcra Hakimiyyətinin başçısı Ölkə Prezidentinin İyunun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunmasını vurğulayaraq son illər ərzində bu istiqamətdə çox böyük işlərin görüldüyünü bildirmişdir.
Qərargahın iclasında epidemiyanın rayon ərazisinə daxil olmasının qarşısının alınması barədə və koronavirus (COVİD-19) pandemiyasına qarşı görülmüş tədbirlər geniş müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, əhali arasında mobil qrupların fəaliyyəti daha da gücləndirilməli və tibbi maskadan istifadənin zəruri olması, sosial məsafənin saxlanılması, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi barədə hər bir vətəndaşın diqqətinə çatdırılmalıdır.
İclasın yekununda rayon rəhbəri aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar vermiş və qərargah üzvləri tərəfindən infeksiyanın qarşısının alınması üçün tədbirlərin görülməsi haqda qərar qəbulmuşdur.