Rayonda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Bütün dünyanı bürüyən COVİD-19 pandemiyası çox təəssüf ki, ölkəmizdən də yan keçməmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun olaraq rayonda da xüsusi qərargah yaradılmış və koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər gün sanitar-dezinfeksiya tədbirləri həyata keçirilir.
Rayonda hər birində 4 nəfər olmaqla 31 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların tərkibinə rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və gənc könüllülər daxildirlər. Mobil qruplar koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədi ilə rayon ərazisində reydlər həyata keçirirlər. Onlar ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparır, infeksiyanın yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğunu, gigiyenik qaydalara düzgün riayət olunmasını, yas mərasimlərinin məhdudlaşdırılmasını tövsiyyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı və dünyada çalışan tanınmış həkimlər koronavirusla bağlı dərin elmi araşdırmalar aparır, lakin hələki müsbət nəticələr əldə edilməyib. Xahiş edirik, Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı tövsiyələrə əməl edin:
• Özünüzü və başqalarını xəstəlikdən qoruyun
• Koronavirus infeksiyası riskini azaldın
• Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
• Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın