Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi

17 iyul 2020 | 16:00

İyulun 17-də rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasının yayılması və qarşısının alınması məqsədilə qərargah üzvlərinin növbəti iclası keçirildi.
İclasda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından söz açan rayon İcra Hakimiyyətinin başçsı Göyçaylıların da bu önəmli bir gündə dövlətimizə, ordumuza dəstək nümayiş etdirdiyini bildirmişdir.
Sonra koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və digər xidmət sahələrində dezinfeksiya tədbirlərinin, maarifləndirmə, təbliğat  işlərinin güclədnirməyin vaıbliyi qeyd edildi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların ictimai yerlərdə və yas mərasimlərində kütləvi şəkildə toplnmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək qərargah üzvlərinə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər