Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairəsinin nümayəndələri ilə növbəti videokonfrans keçirdi

15 iyul 2020 | 16:00

15 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı, rayon Polis şöbəsinin rəisi ilə birlikdə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsini qeyd edərək Ali Baş Komandanın rəhbərliyi altında öz güclü hərbi potensialına söykənərək milli ordumuzun təcavüzkarlara qarşı ciddi mübarizə aparıldığını, sərhədlərimizin mərdliklə qorunduğunu və şəhid olmuş hərbiçilərimizin qisaslarının alındığını bildirmişdir. Eyni zamanda ordumuz ağır texnikanı işə salmaqla düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi dayaqlarını məhv etmiş, hal-hazırda müharibənin davam etdiyini və sərhədlərimizin mərdliklə qorunmasını qeyd etmişdir. İşğala məruz qalmış ərazilərimizin Milli ordumuzun gücü ilə azad olunacağına inamını ifadə etmişdir.
Rayon rəhbəri bu məsələlərlə bağlı ətraflı məlumat vermiş və onlara ordumuzun, torpağımızın, vətənimizin müdafiəsi ilə bağlı hər hansı bir tədbirin qanuna müvafiq qaydada karantin qaydalarına riayət edilərək keçirilməsini tövsiyə etmişdir.

Keçidlər