Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Veysəlli kəndində təbii fəlakət fəsadlar törətmişdir

14 iyul 2020 | 16:00

İyul ayının 13-də axşam saatlarında Veysəlli kəndinin ərazisində baş vermiş güclü külək və leysan yağışı nəticəsində vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan dəymiş bir çox yerlərdə istixanalar küləyin təsirindən dağılmış, evlərin dam örtükləri zədələnmiş, elektrik təsərrüfatına ciddi ziyan dəymişdir.
Fövqəladə Hallar üzrə rayon komissiyyasının üzvləri tərəfindən təbii fəlakət nəticəsində dəymiş ziyanln müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülmüş və dəymiş ziyanın həcmi dəqiqləşdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı səhər saatlarında Veysəlli kəndində olmuş, təbii fəalkətdən ziyan çəkmiş ayrı-ayrı fərdi təsərrüfatlarda vətəndaşlarla görüşmüş, təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırıması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər