Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

04 sentyabr 2013 | 15:00

Bu il 342 Göyçaylı məzun ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanıb. Onlardan 19 gənc 600-dən yuxarı bal toplayıb. 64 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. 8 gənc xüsusi təyinatlı ali məktəblərə daxil olub. Bu məlumatlar Göyçay rayon icra hakimiyyətinin təşəbbüsü ilə yeni tələbə adını qazanmış abituriyentlərlə təşkil olunan görüşdə səsləndirilib. Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev bildirib ki, təhsil islahatlarının davamlı şəkildə həyata keçirilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bunun nəticəsidir ki, orta təhsili başa vuran məktəblilərin ali tədris ocaqlarına qəbul faizi ilbəil artır. Eyni zamanda şagirdlər Respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında daimi uğurlar qazanırlar. Tələbələri və onların valideynlərini təbrik edən Göyçay rayon icra hakimiyyətinin başçısı dövlətin milli təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, son 10 ildə Göyçayda 9 müasir məktəb binası tikilib, 8 tədris ocağı əsaslı şəkildə yenidən qurulub. Nəticədə 10 minə yaxın şagirdin təhsil şəraiti yaxşılaşıb. Gənc tələbələrin qarşısında duran mühüm vəzifələrdən söz açan rayon rəhbəri onlara uğurlar arzulayıb. Görüşdə 686 balla Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının hüquqşunaslıq fakultəsinə daxil olmuş Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbin məzunu Şəlalə Əhmədova çıxış edərək onlara göstərilən etimada görə minnətdarlıq edib. Yerli mədəniyyət kollektivlərinin, uşaq incəsənət məktəblərinin çıxışları görüşə xüsusi çalar qatıb. Bir-birini əvəz edən mahnılar, rəqs nömrələri, poeziya nümunələri iştirakçılarda xoş hisslər yaradıb. Sonda 600-dən yuxarı bal toplamış 19 məzuna qiymətli hədiyyələr təqdim olunub. 

Keçidlər