Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən online təlim keçirilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxaq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli inkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində “Gender əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı silsilə təlimlər keçirir.
10 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri və üzvləri online təlimdə iştirak etmişlər.
Təlimdə rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Z.Zeynalova çıxış edərək bütün dünyanı bürüyən Covid-19 pandemiyasının ölkəmizdə yayılma təhlükəsi ilə əlaqədar olaraq karantin qaydalarına riayət etməklə online təlimlərin keçirilməsini Azərbaycan qadınının istənilən şəraitdə işgüzar və fəal olmasının göstərici kimi dəyərləndirib. Bu fəallığın arxasında Ulu Öndərin qadınlara olan böyük və sarsılmaz inamı, ölkə prezidenti cənab İlham Əliyevin qadın əməyinə verdiyi yüksək dəyər dayandığını qeyd edib.
Z.Zeynalova rayon qadınlarının rayonun ictimai-siyasi və mədəni həyatında, həmçinin sosial-ictimai problemlərin həllində fəal iştirak etdiklərini vurğulayıb.
Online təlim diskussiya və maraqlı fikir mübadilələri ilə yekunlaşıb.