Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

YAP fəalları ilə görüş keçirilmişdir

13 iyul 2013 | 15:00

 

      İyulun 12-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir. Toplantıda YAP rayon təşkilatının sədr müavini Sahib Şükürov 7401 üzvü və 88 ərazi ilk partiya təşkilatını özündə birləşdirən bu siyasi qurumun rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, YAP üzvlərindən 4228 nəfərini qadınlar, 2846 nəfərini isə gənclər təşkil edir. Təkcə son 6 ayda partiya sıralarına 104 nəfər üzv qəbul edilmişdir. Bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışan Sahib Şükürov bildirmişdir ki, qarşıda duran əsas vəzifə YAP üzvlərinin bu mühüm siyasi kampaniyada fəallıq nümayiş etdirməsidir. O, rayonda gedən quruculuq işlərindən bəhs edərək bu tədbirlərdə YAP üzvlərinin fəallığını diqqətə çatdırmışdır. Sahib Şükürov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və digər məsələlərdən də danışmışdır.
      Görüşdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərində partiya üzvləri hamılıqla Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutmuşdur. Ölkəmiz yaşadığımız bölgənin lider dövlətinə çevrilmişdir. Ötən dövr ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir.
        Əli Əhmədov qeyd etmişdir ki, xalqımız ötən 10 ilin nailiyyətlərinə qiymət verərək və gələcək 5 ildə Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq YAP-ın sədri İlham Əliyevin namizədliyini irəli sürmüş və seçkilərdə fəal iştirak edərək yalnız onu dəstəkləyəcəkdir. YAP sədrinin müavini respublikada aparılan geniş abadlıq və quruculuq işlərinə toxunmuş, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırmışdır. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulamışdır.
       Daha sonra YAP sədrinin müavini gənclərin, qadınların, böyük nüfuza malik rayon sakinlərinin təbliğat işlərində fəal iştirakının təmin olunmasının vacibliyini tövsiyə etmişdir. Natiq ümid etdiyini bildirmişdir ki, həmişə olduğu kimi, göyçaylılar qarşıdakı prezident seçkilərində də hamılıqla YAP-ın sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Əli Əhmədov partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdərək siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırmışdır. Bildirmişdir ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və “Milli şura” adlı qurumu yaradanlar da bu reallığı dərk etməlidirlər. “Milli şura”nın siyasi perspektivlərinə və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diktəsi ilə yaradılan bu qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən qurumun heç bir ciddi siyasi şansı yoxdur. Əli Əhmədov cəmiyyətdə baş qaldıran mənfi hallara qarşı mübarizədə gənclərin vəzifələrindən danışmış, rayon gənclərinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin fəal müdafiəçilərinə çevriləcəklərinə əminliyini ifadə etmişdir. O, qeyd etmişdir ki, siyasi partiyalar bütün dövrlərdə xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdırlar. O, sözünə davam edərək demişdir: “Bu gün “Milli şura” adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də, “Milli şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınmışlar və onların diktəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcəkdir”. O, bildirmişdir ki, seçki kampaniyası dövründə fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın gələcəyi gənclərin fəaliyyətindən çox asılıdır. Sosial şəbəkələrdə gənclərimiz xüsusi fəallıq nümayiş etdirməli, Azərbaycan reallıqlarını, həqiqəti təhrif edənlərə qarşı ciddi mübarizə aparmalıdırlar.
       Görüşdə Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP rayon təşkilatı sədrinin müavini Ləman Hacıyeva, rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxış edərək qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyası 20 ildən artıq dövrü əhatə edən fəaliyyətində partiyanın yaradıcısı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərmiş və bunun nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanmışdır. Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olmuşdur. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
      Tədbirdə göyçaylıların seçkilərdə fəal iştirak edəcəyi və YAP-ın namizədi, dövlətimizin başçısı İlham Əliyevə yekdilliklə səs verəcəkləri diqqətə çatdırılmışdır.

Keçidlər