Çərəkə kənd sakinlərini narahat edən problem həll edildi
Rayon İcra Hakimiyyətinin başçısı 07 iyul 2020-ci il tarixdə şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə keçirilmiş videokonfransda Çərəkə kənd sakinləri Allahverdiyev Soltanəli Məmmədşah oğlu və Şirinova Gülzadə Ağasaleh qızı əkin sahələrinin suvarılmasında yaranmış çətinliklə bağlı müraciət edilmişdi.
Rayon icra Hakimiyyətinin başçısı, Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Çərəkə bələdiyyəsi və rayon Suvarma Sistemlərinin idarəsinin müdiri karantın qaydalarına riayət edilməklə müraciət sahibləri ilə görüş keçirmişdir.
Suvarma arxına baxış keçirilərkən müəyyən edilmişdir ki, Çərəkə kəndinin əkin sahələrini suvarma suyu ilə təmin edən Yuxarı Şirvan kanalından çəkilmiş R8 adlanan suvarma arxı süni maneələrlə kəsilmişdir, suyun axınına mane olan beton konstruksiya mütəxəssislərin rəyinə əsasən götürülərək suvarma arxının su ötürmə qabiliyyəti artırılmışdır.
Sakinlər əhalinin qayğı və problemlərinin operativ həll edilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.